Author Topic: Количество заимствований в азербайджанском.  (Read 1871 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline LOSTaz

  • Posts: 3368
Второй текст. Современная литература.
Əyyub Qiyas. Отрывок из романа "Тёмный свет".

Quote
Gözləri qaranlıqdan yorulmuşdu. Bəzən elə fikirləşirdi ki, işıq yoxdur, ancaq qaranlıq var elə işıq özü də qaranlıqdır-qaranlıq nur, qara işıq.

 Qaranlığa baxmaqdan gözləri bezmişdi, gözlərini açsa da eyni şeyi görəcəkdi, elə indi də eyni şeyləri görürdü.

 Göz qapaqlarını biri-birinə sıxmışdı ki, öz içindəki işıqdan başqa bir şey görməsin. Görə bilmirdi. İçindəki işıq da sönmüşdü… nədənsə, yaddaşının dərinliyində olan işığı xatırlamağa başladı.

 Nə işıq idisə, min illik, milyon illik bir yol gəlirdi ona sarı. Qaranlığa məhəl qoymadan əlini qaldırıb barmaqlarının ucuyla işığa toxundu, barmaqları isindi, sonra közərməyə başladı.

 Qaranlığa güldü. Ətrafındakı qaranlıq boşluğa bu boşluğun içərisindəki saysız-hesabsız maneələrə güldü.

 Özü-özünü gördü, gülüşünü gördü, amma nə üçünsə o qaranlığın içərisində beşik də gördü, öz beşiyini.

 Pəncərənin önündəki lampanın qara şüşəsinin arxasından güclə sızan qara işıq onun beşiyinə düşürdü. Beşikdəki bələkdən dartınıb çıxmaq istəyən qollarını gördü.

 Balaca, ağ əllərini, ətsiz, arıq barmaqlarını. Qaranlıqdan qorxan, qaranlıqdan diksinən, qaranlıqdan üşüyən bir səsi gördü. Güldü səsin üzünə. Qəhqəhə ilə, ləzzətlə… İstədi ki, gözlərini açıb o səsə doğru, o işığa doğru yüyürsün, qorxdu gözlərini açmağa.

 Eləcə, o işıq da, işıqdan, işığın qaranlığından sıyrılıb ona doğru can atan səs də əriyib itdi.

 -Nə qədər olacaq bu?

 Özü öz səsindən diksindi.

 - Nə qədər olacaq bu?

 Tanış səs idi, amma doğma deyildi, uzaq idi, soyuq idi, amma tanış səs idi.

 - Sən də adıvı kişi qoyubsan, camaatın kişiləri… 

 Ardını eşitməyə ehtiyac yox idi. Mə'lum məsələ idi ki, camaatın kişiləri indi, çoxdan idi ki, iş başında idilər. O isə, içindəki qaranlıqda tapdığı bir parça işıqla oynayırdı. Amma, bayaqkı uşağın gülüşü doğma idi, çox doğma idi.

 Səs hələdavam edirdi son üç ildəki hər gün, hər səhər, hər axşam təkrarlanan monoloqunu deyirdi.

 Gözlərini açıb otağa baxdı, hər tərəf qaranlıq idi. Qorxdu. Qorxa-qorxa göz qapanlarını biri-birinə sıxıb yenidən açdı işığı gördü. Suya həsrət adam suyu görəndə ciyərlərindən sevindiyi kimi, o da işığı görüb gözlərinin qarasından sevindi. Eyvana çıxdı. Maşın dolu, insan dolu, səs dolu, işıq dolu küçə idi, elədən-belə uzanırdı.

 - Nə olsun ki, pulun var, vəzifən var, mənim aləmimdə onların bir quruşluq hörməti yoxdur mənimçün.

 Əsnədi, gərnəşdi, sinəsinə bir-iki yumruq vurdu, sonra guya boynunu sındırırmış kimi gözünün ucuyla geriyə, evin içinə baxdı. Arvadı əllərini belinə qoyub qoca baxışlarla ona baxırdı:

 - Bu gün bazar günüdür, deyirəm bəlkə operaya gedək, Ərəbzəngiyə baxaq.

 - Mənim Ərəbzəngiyə ehtiyacım yoxdur.

 Cavab gəlmədi ona elə gəldi ki, bu sözləri ürəyində deyib. Çiyinlərini dartdı, küçəyə baxmağa başladı, amma evin içindən arvadının ona «kül» eləməsini də gördü.

  birdən-birə ətraf yenidən bayaqkı kimi qaranlıq, zülmət bir işığa bələndi. Qaranlığın içindən arvadının tanış, doğma olmayan əllərini, cütlənib ona «kül» edə-edə gözlərinə doğru sürünən əllərini gördü.
2003г

70/432
16%

Третий текст.
Интервью с азербайджанским полиглотом.

Quote
25 yaşlı maliyyəçi Cavid Məmmədovun bildiyi xarici dillərin sayı onu keçir. O, 5 ildir ki, ispan, italyan, portuqal, alman, fransız, türk, serb, esperanto dillərinə hakim olub. Azərbaycan dilini isə 14 yaşında öyrənməyə başlayıb. Cavid Məmmədovun "14-24"-ə müsahibəsi


- Cavid, hardan yarandı bu maraq səndə? İxtisasın maliyyə, dillər isə tamam başqa sahə...

 - Sözün  düzü heç özüm də bilmədim necə oldu. Sadəcə olaraq tətil vaxtı idi, bekarçılıq idi, görməyə bir iş yox idi, mənim bir dostum bir saytın adını çəkmişdi mən o sayta girib gördüm ki, bu, Moskvada yerləşən dillər məktəbinin saytıdır. Burada xarici dilləri öyrənənlər üçün hər cür məlumat var, pulsuzdur və onları yükləmək olar. 20 yaşım vardı o vaxt, bu, təqribən 5 il bundan qabaq baş vermişdi. Mən başladım ispan dilindən. Çünki o vaxta qədər bir kitab almışdım dili bir balaca bilirdim. İspan dilini bir az oxudum, nə qədərsə öyrəndim, həvəsdən düşdüm, dedim ki, ispan dilinə oxşar portuqal dili də var, açım onu oxuyum. Ondan sonra italyan dilinə keçdim. Sonra bütün dilləri az-maz artıq bilirdim. Primitiv şəkildə özümü izah etməyi öyrənmişdim.

- O vaxta qədər ingilis dilini, rus dilini yəqin bilirdiniz...

Bəli. Türk dilini də primitiv formada – bütün azərbaycanlıların bildiyi kimi passiv formada bilirdim. O vaxtlar məndə belə bir təəssürat vardı ki, 8-9 dildə danışa bilirəm. Mən Mərkəzi Avropa Universitetinə daxil olub Macarıstana gedəndə bildiyimi düşündüyüm dili bilənlərlə ünsiyyətdə gördüm ki, mən dili bilmirəm.

- Heç bir hazırlığa getməmisiz bu dilləri öyrənmək üçün?

 - Faktiki olaraq getməmişəm. Nəzərə alsaq ki, bir çox insan heç bir hazırlığa getmədən dilin yaxşı səviyyəyə çatdırılmasına inanmır, mən qərara gəldim ki, ispan dilindən ingilis dilindəki TOEFL testinə uyğun imtahanı verim. Düzdür, bunun heç bir maliyyə, iqtisadi nəticəsi yox idi. Ən yüksək səviyyəni seçdim və imtahandan keçdim. Özümə başqalarına sübut etdim ki, bir dili sıfırdan
maksimuma çatdırmaq mümkündür. Bu diplom ispan dili filologiyası üzrə bakalavr diplomuna bərabərdir.

- Nə qədər vaxt sərf etmişdin ispan dilini öyrənməyə?

 - Konkret olaraq hansı dilə nə qədər vaxt sərf etdiyimi müəyyən etməkdə çətinlik çəkirəm.  İspan dilinin üstünə düşdüyüm hardasa 9 ay çəkdi. Amma o vaxta qədər orta səviyyədə - primitiv olmasa da, primitivdən bir az yaxşı özümü ifadə edirdim.

- Necə çatdırırdınız? Axı dərsləriniz də vardı...

 - Mən özüm də bu sualın cavabını bilmirəm. Nəzərə almaq lazımdır ki, dillər bir-birinə oxşayır. Leksikada olmasa da, hansısa məntiq var, daxili ahəng var. Onu sözlə ifadə etmək çətin və ya mümkünsüz olsa da, o var.

- Hansı çətinliklərlə rastlaşmısız dilləri öyrənərkən? Məsələn, bir dildə nəyi qavramaq asandır, nəyi çətin?

 - Demək çətindir. Mənim dillərdə xoşladığım bir cəhət məntiqli olmağıdır. Ümumiyyətlə, ispan dilinin kifayət qədər sadə dil olduğunu fikirləşirəm.

- Bəlkə, dili biləndən sonra bu qərar gəlmisiz...

 - Xeyr, mən deməzdim. Məsələn, mən ingilis dilindən italyan dilinə keçsəydim, o da çox problem yaratmazdı, amma ispan dili mürəkkəblik baxımdan, istisnalar, qrammatik qaydalar kimi göstəricilərə görə bütün digər Avropa dillərini qabaqlayır. İspan dilindən də asan bir dil var, o, esperantodur. Onu da hardasa 2-3 həftəyə öyrəndim. Çünki bu dil süni olaraq yaradılmışdı. Bu dilin məqsədi indi ingilis dilinin yerinə yetirdiyi rolu yerinə yetirmək idi. Ona görə də bu dilin yaradıcısı problem yaradacaq hər şeyin kökünü kəsdi.

- Esperanto heç bir mədəniyyət daşımayan, heç bir tarixi olmayan bir dildir. Bu maraq hardandır?

 - Düzdür. Esperantonun heç bir mədəniyyəti, buna müvafiq olan heç bir milləti yoxdur ki, deyəsən bunun tarixi var, buna meylim olsun. Hər halda esperantonun maraqlı cəhəti var ki, hazırda dünyada bu dili bilən 2 milyona yaxın adam var. Esperantonun beynəlxalq ünsiyyət dili kimi eksperimenti demək olar ki puç olub. Amma bütün bunlara baxmayaraq, bu dili öyrənən insanlar bir qayda olaraq idealist olur. Onlar fikirləşirlər ki, bu dil bir vaxtlar bütün dilləri bərabər etməyə çalışmış bir dildir. Hamı ingilis dilini öyrənirsə, bu, ingilisdilliləri dominant, başqalarını tabe olan vəziyyətə qoyur. Esperanto isə heç kəs üçün ana dili deyil. Buna görə də hamı daha bərabərdir.

- Öyrəndiyiniz dillər bir-birinə mane olurmu?

 - Məndə bu, çox nadir hallarda baş verir.

- Azərbaycanda məişətdə tez-tez istifadə olunan “uje”, “vse” sözləri var. Siz dillərdə bu cür qarışıq kəlmələr istifadə edirsizmi?

 - Ümumiyyətlə, çalışıram bundan çəkinəm. Nəinki Azərbaycan dilində, bütün dillərdə bu cür danışmamağa üstünlük verirəm. Bu cür danışıq dili hörmətdən salır. Düzdür, gündəlik həyatda “uje” yerinə “artıq” deyəndə, “obed” yerinə “nahar” deyəndə bir az rəsmi səslənir. Hər halda, mən çalışıram bu kimi hallardan uzaq olum.

- Adətən ən azı iki dil bilən adam belə, deyir ki, Azərbaycan dilinin imkanları zəifdir, bəzi fikirləri bu dildə ifadə etmək olmur və s. Siz nə düşünürsüz bu barədə?

 - Mən bu fikirlərlə razıyam. Məncə, problem orasındadır ki, Azərbaycan dilindəki ədəbiyyat, mədəniyyət fikirləşdiyimiz qədər inkişaf etməyib. Televiziyalar, dərsliklər... Bizdə, məsələn, işdə kargüzarlıq ingilis dilində gedir deyə, biz tez-tez elə bir vəziyyətə düşürük ki, hansısa termini Azərbaycan dilinə tərcümə edə bilmirik. Nəticədə, “xərc çəkirik” əvəzinə "cost-u incur eləyirik" deyirik.  Bu terminlərin azərbaycancasının olmaması da elmi ədəbiyyatın geniş yayılmamasının göstəricisidir.

- Bu qədər dili bilməyiniz sizə hansı üstünlüklər verib? Nə qazancınız var ortada?

 - Demək olar ki, heç bir qazancım yoxdur. İşdə gündəlik istifadə etdiyim dil standart 3 dildir: Azərbaycan, rus ingilis.

- Ünsiyyətdə olduğunuz şəxslərlə bildiyiniz ortaq dillər varsa, hansında danışmağa üstünlük verirsiz?

 - Bu, zövqdən asılıdır. Mənim bir dostum var Perudan. Bizim onunla tanış olma səbəbimiz o oldu ki, o, Azərbaycan dilini öyrənmək fikrinə düşdü. mən ona burdan bir neçə dərslik, kitab göndərdim. Onun cəmi 20 yaşı var. Onunla mən gündə bir dildə danışırıq. Mənim bildiyim 11 dilin hardasa 8-9-nu o da bilir. Ona görə də o istədiyi dildə söhbəti başlayır, mən isə davam edirəm. Bu, çox xüsusi bir hissdir. Ondan başqa insanlarla ünsiyyətdə hiss etməmişəm.

- Yəqin ki, danışdığınız dilləri daşıyan xalqlardan çox dostlarınız var.

 - Dostlarım var, əlbəttə ki. Mərkəzi Avropa Universitetində təmsil olunmamış qitə qalmayıb. Mən hətta universitetdə oxuyanda bir şəkil çəkdirdim ki, hər qitədən bir nəfər var.

- Bundan sonra hansısa yeni dili öyrənməyə başlamaq istəyirsiz?

 - Sözün düzü, iş o qədər də çox boş vaxt vermir. Amma mən bu yaxınlarda fin dilinə başlamışdım və yarımçıq qoydum. Bundan sonra yeni dil öyrənəsi olsam, bu, fin dili olacaq.

- Fin dili nəyinizə lazımdır?

 - Sadəcə olaraq adam bir an darıxmağa başlayır. Avropa dilləri prinsipcə bir-birinə oxşayır, eyni kökdəndir. Müəyyən sözlər var ki, Avropa dillərində oxşardır. Məsələn, ata sözü, ingiliscə “father”, almanca “vater”, hollandca “vader”, ispanca “padre”, italyanca “padre”, portuqal dilində “pai”, rus dilində “papa”, yunanca “patera”. Yəni bu sözlər eyni kökdən əmələ gəlir. Bir anlıq isə sən tamamilə yeni bir çağırış axtarışında olursan. Necə ki mən ispan dilini özümə sübut etmək üçün imtahan verib lazımsız diplom aldım, fin dili də linqvistikada özümə sübut etmək istədiyim son şey olacaq.

Продолжение
Quote
- Qonşularımızdan kimin dilini bilirsiz?

 - Qonşularımızdan ancaq rus və türk dilini bilirəm. Fars dilini vaxtilə oxumağa başlamışam. Digər həmsərhəd iki ölkənin hərflərini öyrənə bilmişəm, yəni çətinliklə də olsa, oxuyuram. Ümumiyyətlə, Azərbaycanın çox maraqlı bir mövqeyi var ki, 5 həmsərhəd ölkənin hər biri ayrı-ayrı əlifbadan istifadə edir. Ən azından bütün bu əlifbaları oxuya bilirəm.

- Hesab etmirsiz ki, faydasız işlə məşğulsuz? Nəticəyə yönəlik fəaliyyət deyil axı bu...

 - Necə deyim sizə... kimsə iki təkər qaldırmaqla əylənir, mən də xarici dil öyrənməklə əylənirəm. Həm mən özümə xeyir verə bilirəm, məsələn, hansısa nadir materialı internetdə tapa bilirəm, özümü sığortalayıram, bir tərəfdən cəmiyyətə heç bir təhlükə yaratmıram, əksinə, kimlərəsə ilham verirəm ki, mən hansısa dili öyrənə bilirəmsə, deməli, o da öyrənə bilər.

- Azərbaycan dilində danışığınızdan hiss edirəm ki, rusdillisiniz. Amma rus dilində heç bir kəlmə işlətmirsiz və düşünürsüz, çalışırsız ki, hər şeyi azərbaycanca ifadə edəsiniz. Azərbaycan dilini necə öyrənmisiz?

 - Mənim Azərbaycan dili ilə münasibətlərimmaraqlıdır. Mən uşaqlıqdan 100 faiz rusdilli bir mühitdə böyümüşəm. Demək olar ki, 14 yaşıma qədər Azərbaycan dilindən heç istifadə etməmişəm və onu bilməmişəm. Mən futbol azarkeşiyəm o vaxt başladım idman qəzetlərini oxumağa. Qəzetləri oxuya-oxuya qrammatikaya, sözlərə öyrəşdim məncə, kifayət qədər normal səviyyəyə çatdırdım. 14 yaşımda dili öyrənməyimə və indiyə qədərünsiyyətimin böyük hissəsinin rus dilində keçməsinə baxmayaraq, pis nailiyyət deyil.

Пятый текст.
Просто странная статья, написанная иранским азербайджанцем.

Quote
Varlıq sürəkli bir oluş içindədir. Bu üzdən də ”varlıq vardır” demək düşünsəl dərinliyi olmayan bir önərmədir. Çünkü ”vardır” demək nəsnəni sınırlamaq, onu bir yerdə hərəkətsiz olaraq düşünməkdir, düşləməkdir. ”Varlıq olur” önərməsi doğanın oluşum olqunlaşımını göstərməkdədir. Uzayda, yalnız bir tək mütləq olan var. O da ”devinim”1dir. Devinimin dışında hər şey görəcəlidir2. ”Devinim vardır”, ancaq ”varlıq olur.” ”Var” ”devinim vardır” önərməsində sınırlama içərməz. Çünkü devinim tözsəldir.3 Oluşan varlıq bu devinimin ürünüdür.

 Uzay sonsuzluğunda var olan devinimdır oluşub olqunlaşan varlıqdır. Devinim nədir? Devinim tözün hallarının dəyişməsidir. Bu nədənlə devinim tözsəl devinimdən qaynaqlanan varlqılar ilineksəldir.4 Uzay sonsuzluğunda bulunan bütün varlıqların oluşları bir-birindən asılıdır. Bu varlıqlar arasında ilişki, yalnız devinim dolaysıyla sağ(X)lanmış olur. Evrənin tözü olan devinim varlıqların ortaq halları. Oluşum olqunlaşım isə, zaman içində gerçəkləşər. Bu açıdan zaman, devinimin miqdarıdır, yəni hərəkətin nəsnəl halı zaman olaraq qarşımıza çıxar.
 Oluşum olqunlaşım açısından doğa ilə toplumsal doğa arasında bənzəşim söz qonusudur. Toplum da sürəkli oluşum olqunlaşım devinimi içində. Toplumsal doğanın, özəlliklə düşünsəl, inancsal duyğusal təşəkkülü sürəkli devinimin ürünü kimi gerçəkləşər. Uzay5 sonsuzluğunda varlıqların deviniminin qarşısı alınamaz olduğu kimi, toplumsal devingənliyin də önü alınamaz. Bu devingənliyə qarşı törədilmiş olan önləmlər bəlli bir sürə üçün devinimin əksənini qaydıra bilər. Ancaq tözsəl olan devinim yenə də gec-tez öz əksənini6 bulub kəndi doğru doğrultusunda7 devinməyə başlar. ”Tarix nədir?” sorusuna da burda yanıt bulmağa çalışmaq gərəkəcəkdir. Toplumsal doğanın fitrətindən qaynaqlanan devinim kontrol altına alınsaydı, heç bir imperatorluq dağılmaz, tarixdə heç bir gəlişmə olmazdı. Devinim, tarixin bilincidir. Oluşdurucu etkən odur. Tarix bu devingənliyin kəndi bilincinə ərişmə sürəcidir. Bu nədənlə də tarix bu devinimin gerçəkləşim tablosudur.
 İnsan bilinci8 ilə bu devinim arasında uyumlu bağlar, bağlantılar olmalıdır. Çünkü bilinc də devingənliyin ürünüdür. Bilincin doğasında9 varlığın tözü olan devinim saxlıdır. Özdeş10 iki varlıq. Bilinc varlıq. Varlığı qavrayış bu anlamda varlığın varlıqla örtüşməsi kimi alqılanmalı. Bilincdəki devinimlə varlıqdakı devinimin örtüşməsi bilinclənmənin gerçəkləşməsini saXlamış olar. İki devinimin bənzər melodi ritmlə bir-birinə uyum sağlayaq örtüşmələri. Bilinclənmə, bilincin kəndi devinim ritmi ilə varlığın devinim ritmi arasında uyuşum bənzəşim saxlama çabaları olsa gərək. Bu doğrultuda ussal11 evriliş sürəci ortaya çıxmış olacaqdır. Us, kəndi doğasında yaradılışın gizlərini barındırmaqdadır. Düşüncə soyut olaraq usun devingənliyinin ürünü. Varlıqla qarşılaşan düşüncə kəndiliyindən qavramsallaşmağa başlar. Böyləcə ”varlıq”, ”düşüncə” və ”dil” oluşum olqunlaşımın birər etmənləri kimi bir bütün olaraq bir yerdə anlam qazanmış olurlar. ”Mən” özünü bireysəlləşdirib və ”düşüncə” özünü qavramsallaşdırdıqca toplumsal və tarixsəl düzeydə12 oluşum olqunlaşım dialektiyi sürüb gedər. Düşüncənin qavramsallaşması uzun kəsintisiz sürəcin ürünü olduğundan, bəlləkdə13 yuvalanmış olan hər bir qavramın kəndi öz keçmişi, öz ətri, öz tarixi olar. Qavramların bütünü tarix bilincini doğurar. Bu durumda dil kəndi yapısındakı qavramları söz dağarcığı ilə canlı bilinən tarix kimi qarşımıza çıxar. Oluşum olqunlaşımın tarixi kimi dillə qarşılaşarıq. Çünkü düşünsəl devinim, ancaq dildə nəsnəlləşmiş olar. Bu açıdan baxıldığında bilincli tarixdə, yəni toplumsal tarixdə tək etkən kimi dillə qarşı-qarşıya gələrik. ”Dil varlığın evidir”* önərməsi14 də burdan qaynaqlanmış olmalı. İnsan oğlunun yaradılışında yerləşdirilmiş olan dil duyusu onu başqa canlılardan ayırar. Dil duyusu dil öyrənməyə olanaq saxlar. Yaradılışın evrənsəlliyi ilə uyum içində olan dil duyusu bir dili insan üçün yaşanılan sistem başqa dilləri isə, öyrənilən sistem kimi bəlirlər. Yaşanılan sistemlər sistem haqqında bilgi edinmədən özümsənər. Bir insan üçün bu açıdan ana dili evrənin düzəni ilə uyum içində olan yaşanılan sistemdir. Yaşanılan sistemlərin yapısı öyrənim yolu ilə öyrənilməz. Yaşantı olaraq denənər.15 Yaşantı dilinin tam tərsinə olaraq, yabancı dillər öyrənildiyində öncə onun sisteminin yapısı öyrənilər. Bu açıdan hər birey üçün yaşanaraq denənən özümsənən ortam dili varlığı anlamanın açarı kimi var olar. Oluşum olqunlaşım bu açıdan yaşantı dili ilə birey toplum genəlində gerçəkləşmiş olar....

1 Devinim- hərəkət.

2 Görəcəli- nisbi.

3 Töz- cövhər, zaat.

4 İlineksel- ərəzi.

5 Uzay- fəza.

6 Əksən-mehvər.

7 Doğrultu- istiqamət.

8 Bilinc-şüur.

9 Doğa- təbiət. Doğal- təbii.

10 özdeş- bir-birinə bənzər.

11 Us-ağıl, ussal-əqli.

12 Düzey- səviyə.

13 Bəllək-zehn.

* Heidgger.

14 Önərmə- qəziyə, bürhan, mülahizə.

15 Denənər- təcrübə edilər.
~13%

Текст пятый. Поэзия.
Самед Вургун. Азербайджан


Quote
El bilir ki, sən mənimsən,
 Yurdum, yuvam, məskənimsən,
 Anam doğma vətənimsən!
 Ayrılarmı könül candan?
 Azərbaycan, Azərbaycan!

 Mən bir uşaq, sən bir ana,
 Odur ki, bağlıyam sana,
 Hanki səmtə, hanki yana
 Hey uçsam da yuvam sənsən,
 Elim, günüm, obam sənsən!

 

Çox keçmişəm bu dağlardan,
 Durna gözlü bulaqlardan!
 Eşitmişəm uzaqlardan
 Sakit axan arazları,
 Sınamışam dostu, yarı

Fəqət səndən gen düşəndə,
 Ayrılıq məndən düşəndə,
 Saçlarıma dən düşəndə.
 Boğar aylar, illər məni,
 Qınamısan ellər məni.

 Dağlarının başı qardır,
 Ağ örpəyin buludlardır.
 Böyük bir keçmişin vardır.
 Bilinməyir yaşın sənin,
 Nələr çəkmiş başın sənin.

 Düşdün uğursuz dillərə,
 Nəs aylara, nəs illərə.
 Nəsillərdən nəsillərə,
 Keçən bir şöhrətin vardır.
 Oğlun, qızın bəxtiyardır

 Hey baxıram bu düzlərə,
 Ala gözlü gündüzlərə.
 Qara xal ağ üzlərə,
 Könül istər şeir yaza;
 Gəncləşirəm yaza-yaza…

 Ölməz könül, ölməz əsər,
 Nizamilər, Fizulilər
 Əlin qələm, sinəm dəftər,
 De gəlsin hər nəyin vardır.
 Deyilən söz yadigardır.
23/139
16%

Для интереса сделал подобный анализ одной турецкой статьи.
Quote
İŞTE KADDAFİ'NİN LİNÇ EDİLİRKEN AĞZINDAN ÇIKAN SON CÜMLE

Libya'nın devrik lideri Kaddafi'nin yaralı olarak yakalanması ve dövülerek öldürülmesinin yeni görüntüleri ortaya çıktı. Kaddafi öldürülmeden önce "Bana yaptığınız haramdır, siz günah işliyorsunuz evlatlarım ben sizin babanızım, bu olamaz haram nedir bilmiyorsunuz" diyor. Görüntülerde önce bir grup ayakkabıları ile Kaddafi'nin kafasına vuruyor. Kaddafi'nin "Bana yaptığınız haramdır, siz günah işliyorsunuz" gibi sözlerine rağmen muhalifler kafasına öldüresiye vurmaya devam ediyorlar. Diğer bir görüntüde ise bir muhalif Kaddafi'nin üstünden kanlı ceketini ve parmağından eşi Safiye1970 yazılı evlilik yüzüğünü çalmış olarak gözüküyor. Arkadaşları "Sakın bunu kimseye verme gelecekte 1 milyon dolardan fazlaya satarsın" diyor. Öte yandan BM İnsan Hakları Yüksek Komiserliği, Libya'nın eski lideri Muammer Kaddafi'nin hangi koşullarda öldüğüyle ilgili soruşturma yapılması gerektiğini belirtti.
25/118
21%

Шестой текст. Народный эпос.
Əsli və Kərəm

Quote
Dəli könül, məndən sənə əmаnət,
 Dеmə bu dünyаdа qаlım – yахşıdı.
 Bir gün olаr qohum-qаrdаş yаd olu,
 Dеmə ulusum vаr, еlim yахşıdı.
 Məclisə vаrаndа özünü öymə,
 Şеytаnа bаc vеrib, kimsəyə söymə,
Qüvvətli olsаn dа yoхsulu döymə,
 Dеmə ki, zorluyаm, qolum yахşıdı.
 Qoçаqdаn olubsаn, qoçаq olgunаn,
 Qаdаdаn, bаlаdаn qаçаq olgunаn,
 Sən аçıq ol, mərd ol, аlçаq olgunаn,
 Dеmə vаrım çoхdu, pulum yахşıdı.
Хəstə Qаsım kimə qılsın dаdını?
Cаnı çıхsın, özü çəksin odunu,
 Yахşı igid yаmаn еtməz аdını,
 Çünki yаmаn аddаn, ölüm yахşıdı.
Ustаdlаr ustаdnаməni bir yoх, iki dеyər, biz də dеyək iki olsun.
 Vахt olаr qаlхаrsаn ərşə, аsmаnа,
 Vахt olаr hаvаdаn еnərsən, könül!
Vахt olаr düşərsən çənə, dumаnа,
 Vахt olаr, hər işi qаnаrsаn, könül!
Vахt olаr çıхаrsаn Məcnun dаğınа,
 Vахt olаr düşərsən qəm yığnаğınа,
Vахt olаr yüz аtəş kаr еtməz sаnа,
 Vахt olаr аlışıb yаnаrsаn, könül!
 Vахt olаr Məhəmməd tеz gələr coşа,
Vахt olаr hеç əlin gеtməz bir işə,
Vахt olаr dönərsən dəmirə, dаşа,
Vахt olаr şişə tək sınаrsаn, könül!
 Ustаdlаr ustаdnаməni iki yoх, üç dеyər, biz də dеyək üç olsun.
 Sаlаm vеrib bir məclisə vаrаndа
 Yахşı əyləş, yахşı otur, yахşı dur.
 Dindirəndə kəlmə-kəlmə cаvаb vеr,
 Görən dеsin: bərəkаllаh, yахşıdır.
 Mənəm dеyənləri tаnı еlində,
 Igidin sахаsı gərək fеlində
 Pis övlаdlаr yахşı аtа yеrində,
 Qаlmаğındаn qаlmаmаğı yахşıdır.
 Аy Ululu Kərim, söz yеrdə qаlmаz,
 Nаkəs təkəbbürlər dost qədri bilməz,
 Dаyаn dеmək ilə nаmərd əylənməz,
Hər kəstənin (?) özü bilən yахşıdır.
 Sizə hаrаdаn dаnışım, Gəncə şəhərindən. Gəncə şəhərində kimdən,
 Ziyаd хаndаn.
22%

Проанализирую-ка я свои письмеца.

Годичной давности.
Quote
Gəlmişkən, mən də bir öz dilimi tərifləyim. Azərbaycan xalqının dili olduqca, bu dildə otuz miliyona yaxın adam danışır. Azəricənin, qabaq türkcə adlanan, uzun və doğrudan böyük tarixi var. Gündoğanın klassik dillərindən biri idi. Çox gözəldir, ahəngdardır, səslənməsi isə çalğı kimi. Özündə ərəb-fars ilə türk elementlərini  uyğunlaşdırır. Azəricəni bilsəniz, yüngüllükcə türk, türkmən və s. öyrənəcəksiniz.
15%

Сегодняшний.
Quote
Öz ana dilimi bir daha tərifləmək istərdim.
Bu dildən danışanda, sözsüz ki, ilk öncə onun uzun tarixini qeyd etmək gərəkdir. O, Şərqin (Gündoğanın) klassik dillərindən biridir; bu dildə xeyli gözəl əsər yazılmışdı.
Azərbaycanca on milyonlarla insanın, yəni Azərbaycan xalqının onun özülü olan Azərbaycan türklərinin, əsas danışıq dilidir.
Bu dilin baş özəlliklərindən biri özündə həm alınma, həm də özgün sözlərinin tərkib etməsidir. Ancaq onlardan onun yoxsulluğu deyil, varlığı irəli gəlir, hər iki ünsürün olduqca uyğunlaşdırlıb özləşməsinə görə.
Səslənməsinə gəlincə, çox ahəngdar musiqili dildir, daha doğrusu, bir çalğı alətinə bənzəyir. Onunla deyilən hər bir söz, hər kəlmə və cümlə bir musiqi parçasıdır sanki.
Hər duyğunu əks edə biləcək bir dildir. Hər bir anlayışı ifadə edəcək bir dildir.
Uzun sözün qısası, özgün, varlı , sadəcə olaraq, gözəl dildir.
27%

 >( >( >( :'( :'(

 

With Quick-Reply you can write a post when viewing a topic without loading a new page. You can still use bulletin board code and smileys as you would in a normal post.

Note: this post will not display until it's been approved by a moderator.
Name: Email:
Verification:
Type the letters shown in the picture
Listen to the letters / Request another image
Type the letters shown in the picture:
√49 Напишите ответ строчными буквами:
«Сто одёжек, все без застёжек» — что это?: