Səhvləriniz:
1) bəs -> amma
2) ad ilə -> adı
3) olunmalıDIR (bu sonluq tez-tez yadınızdan çıxır, türk dilinin təsiridir yəqin

)
4) nəsi -> hansı
5) bir adi söhbətdə -> adi bir söhbətdə
6) sözündən başqa öz ifadəsi (olan) "saǧ ol" da qalıb
Mən də bu maraqlı məqama fikir vermişəm.

Biz də yalnız ərkəklər "kişi" (= adam) ola bilər, deməli.

Ancaq, düzü, qabaqlar bizdə də adı çəkilmiş kəlmənin belə bir anlamı var idi. Misal üçün,
1) Həf kişi öz işini bilsin.
2) Hər kişi öz sözünü dedi.
3) Hər kişinin öz münasib tayı var,
İşim nədir deyəm xandan, a mirzə.
4) Kişi dövlətinə pasiban gərək,
İşarə anlayan, söz qanan gərək!
Yuxarıdakı misallarda söhbət, sözsüz ki, ümumilikdə insanlardan gedir, təkcə cins baxımından erkəklərdən yox.

İnsanla adamın fərqinə gəlincə, onu izahlamaq çox çətindir. Amma, məncə, adam sözü daha ÇOX digər canlılardan fərqli olan məxluqdan danışanda istifadə olunur, insan isə şəxsiyyətə aiddir. Təxminən belədir. Bu cür sözlərin işlənməsində bir məntiq yoxdur - get-gedə öyrənəcəksiniz.
adamlıq = insanlıq = insaniyyət