Цитата: LOSTaz от октября 11, 2011, 21:43реквестирую больше европейщины
Второй текст. Современная литература.
Əyyub Qiyas. Отрывок из романа "Тёмный свет".ЦитироватьGözləri qaranlıqdan yorulmuşdu. Bəzən elə fikirləşirdi ki, işıq yoxdur, ancaq qaranlıq var və elə işıq özü də qaranlıqdır-qaranlıq nur, qara işıq.2003г
Qaranlığa baxmaqdan gözləri bezmişdi, gözlərini açsa da eyni şeyi görəcəkdi, elə indi də eyni şeyləri görürdü.
Göz qapaqlarını biri-birinə sıxmışdı ki, öz içindəki işıqdan başqa bir şey görməsin. Görə bilmirdi. İçindəki işıq da sönmüşdü... nədənsə, yaddaşının dərinliyində olan işığı xatırlamağa başladı.
Nə işıq idisə, min illik, milyon illik bir yol gəlirdi ona sarı. Qaranlığa məhəl qoymadan əlini qaldırıb barmaqlarının ucuyla işığa toxundu, barmaqları isindi, sonra közərməyə başladı.
Qaranlığa güldü. Ətrafındakı qaranlıq boşluğa və bu boşluğun içərisindəki saysız-hesabsız maneələrə güldü.
Özü-özünü gördü, gülüşünü gördü, amma nə üçünsə o qaranlığın içərisində beşik də gördü, öz beşiyini.
Pəncərənin önündəki lampanın qara şüşəsinin arxasından güclə sızan qara işıq onun beşiyinə düşürdü. Beşikdəki bələkdən dartınıb çıxmaq istəyən qollarını gördü.
Balaca, ağ əllərini, ətsiz, arıq barmaqlarını. Qaranlıqdan qorxan, qaranlıqdan diksinən, qaranlıqdan üşüyən bir səsi gördü. Güldü səsin üzünə. Qəhqəhə ilə, ləzzətlə... İstədi ki, gözlərini açıb o səsə doğru, o işığa doğru yüyürsün, qorxdu gözlərini açmağa.
Eləcə, o işıq da, işıqdan, işığın qaranlığından sıyrılıb ona doğru can atan səs də əriyib itdi.
-Nə qədər olacaq bu?
Özü öz səsindən diksindi.
- Nə qədər olacaq bu?
Tanış səs idi, amma doğma deyildi, uzaq idi, soyuq idi, amma tanış səs idi.
- Sən də adıvı kişi qoyubsan, camaatın kişiləri...
Ardını eşitməyə ehtiyac yox idi. Mə'lum məsələ idi ki, camaatın kişiləri indi, çoxdan idi ki, iş başında idilər. O isə, içindəki qaranlıqda tapdığı bir parça işıqla oynayırdı. Amma, bayaqkı uşağın gülüşü doğma idi, çox doğma idi.
Səs hələ də davam edirdi və son üç ildəki hər gün, hər səhər, hər axşam təkrarlanan monoloqunu deyirdi.
Gözlərini açıb otağa baxdı, hər tərəf qaranlıq idi. Qorxdu. Qorxa-qorxa göz qapanlarını biri-birinə sıxıb yenidən açdı və işığı gördü. Suya həsrət adam suyu görəndə ciyərlərindən sevindiyi kimi, o da işığı görüb gözlərinin qarasından sevindi. Eyvana çıxdı. Maşın dolu, insan dolu, səs dolu, işıq dolu küçə idi, elədən-belə uzanırdı.
- Nə olsun ki, pulun var, vəzifən var, mənim aləmimdə onların bir quruşluq hörməti yoxdur mənimçün.
Əsnədi, gərnəşdi, sinəsinə bir-iki yumruq vurdu, sonra guya boynunu sındırırmış kimi gözünün ucuyla geriyə, evin içinə baxdı. Arvadı əllərini belinə qoyub qoca baxışlarla ona baxırdı:
- Bu gün bazar günüdür, deyirəm bəlkə operaya gedək, Ərəbzəngiyə baxaq.
- Mənim Ərəbzəngiyə ehtiyacım yoxdur.
Cavab gəlmədi və ona elə gəldi ki, bu sözləri ürəyində deyib. Çiyinlərini dartdı, küçəyə baxmağa başladı, amma evin içindən arvadının ona «kül» eləməsini də gördü.
Və birdən-birə ətraf yenidən bayaqkı kimi qaranlıq, zülmət bir işığa bələndi. Qaranlığın içindən arvadının tanış, doğma olmayan əllərini, cütlənib ona «kül» edə-edə gözlərinə doğru sürünən əllərini gördü.
70/432
16%
Цитата: Фанис от сентября 26, 2012, 23:58
и не используется в нейтральном значении "друг".
Цитата: Фанис от сентября 26, 2012, 23:58
Это не какие-то мои личные фантазии, сие слово у всех тюркофонов устойчиво ассоциируется именно со словом "берег" и не используется в нейтральном значении "друг".
Цитата: Фанис от сентября 26, 2012, 23:58
И что это у вас за вечная тюркопаранойя, переходящая в истерику?
Цитата: Фанис от сентября 26, 2012, 23:58
Здесь, в некоторых темах, сотни слов уже были признаны персизмами и никто не оспаривал и персидкость
Цитата: Фанис от сентября 23, 2012, 13:58
«Берег» > «вторая половинка» с семантической стороны ничего невозможного тоже не видно.
Цитата: Фанис от сентября 23, 2012, 13:58
А в персидском значении «друг» или «помощник» это слово как-то не используется
Цитата: Персидско-русский словарьیار
1) друг; приятель; подруга
2) возлюбленный; возлюбленная
Страница создана за 0.073 сек. Запросов: 24.